Ramiz Mehdiyev artıq meydan oxuyur - RƏŞAD MƏCİD

  • By admin
  • 02 Sentyabr 2020 10:32

 

Tanınmış jurnalist Rəşad Məcid PA-nın sabiq rəhbəri, AMEA Prezidenti Ramiz Mehdiyevin sonuncu məqaləsindən yazıb.

Gununsesi.info həmin qeydləri təqdim edir:

Hakimiyyətdəki islahatçı, gənc komandanın yeni ideoloqları niyə susurlar? AMEA-nın prezidenti Ramiz Mehdiyev artıq dördüncü dəfədir, öz məqalələriylə cəmiyyətə meydan oxuyur, ideoloji əzələ və güc nümayiş etdirir. Davranışlarından qəzəbli və incik adam təsiri bağışlayan akademik çoxillik siyasi təcrübəsindən, əlindəki elmi resurslardan bəhrələnib həm özünü təmizə çıxarmağa, zərərçəkmiş obrazı formalaşdırmağa, həm də intellektual üstünlüyünü nümayiş etdirməyə çalışır.
Düzdür, ictimaiyyət nümayəndələri, millət vəkilləri, siyasilər və jurnalistlər öz miqyaslarına və statuslarına uyğun müəyyən çavablar verirlər, münasibətlərini bildirirlər, amma akademikin nankorluqda suçlayaraq adlarını çəkdiyi və çəkmədiyi adamların cavabları kifayət etmir, axı. İstər son fikir bildirənlər- Aslan İsmayılov, Rauf Arifoğlu, Akif Aşırlı, istərsə də başqa ictimai fəallar bu məsələlərlə bağlı dərin və geniş bilğlərdən, gizli mətləblərdən tam agah olmadıqlarına görə, onların dedikləri neçə ilin “ boz kardinalı”nın arqumentlərini əhatəli şəkildə cavablandırmaq baxımından yetərli və adekvat deyil.
Bir neçə gün əvvəl mən məsələyə bir cümləlik münasibət bildirmişdim: “Bu proseslərdən və Siyavuş Novruzovun açıqlamasından sonra Ramiz Mehdiyevin yeganə düzgün qərarı ərizə yazıb Akademiya prezidentliyindən istefa verməsi olardı”. Amma görünür, akademik “mübarizə”ni birmənalı olaraq davam etdirməkdə israrlıdır. Belədə isə onun arqumentlərinə daha bilğili və daha səlahiyyətli şəxslərin cavab vermələri zərurəti ortaya çıxır.

Günay

Gununsesi.info