Ramiz Mehdiyev bu gün istefa ərizəsini İlham Əliyevə təqdim edəcək

  • By admin
  • 17 Fevral 2022 12:40

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev bu gün işə çıxmayıb”.

Gununsesi.info xəbər verir ki, bunu “Report”a açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, Ramiz Mehdiyev sonuncu dəfə dünən – fevralın 16-da işə çıxıb:

“O, akademiyada və Rəyasət Heyətində bəzi işlərini yekunlaşdırmaq üçün işə çıxmışdı. Ramiz Mehdiyev istefa ərizəsini yazaraq yekunlaşdırıb. Məndə olan məlumata görə, bu gün o, istefa ərizəsini Prezident İlham Əliyevə təqdim edəcək”.

Gununsesi.info