
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub. AMEA prezidentinin səlahiyyətləri birinci vitse-prezident Arif Həşimova həvalə edilib.
Gununsesi.info-nun məlumatına görə, AMEA-nın Ümumi Yığıncağından sonra Ramiz Mehdiyev əşyalarını toplayaraq Akademiyanın binasını tərk edib.
Jurnalistlərin suallarını cavablandırmaqdan imtina edən R.Mehdiyev “Lazımi məlumatlar mətbuat xidməti tərəfindən verilib”, – deməklə kifayətlənib.
Sonda o jurnalistlərlə sağollaşıb.
Qeyd edək ki, Ramiz Mehdiyev fevralın 14-də AMEA prezidenti vəzifəsindən istefa verib.
Gununsesi.info