Ramiz Mehdiyev sabiq nazirin oğluna yüksək vəzifə verdi

  • By admin
  • 22 Dekabr 2021 10:30

AMEA-nın prezidenti Ramiz Mehdiyev Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna yeni icraçı direktor təyin edib.

Gununsesi.info AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, yeni icraçı direktor sabiq xarici işlər naziri Həsən Həsənovun oğlu, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovdur.

HTML tutorial

Qeyd edək ki, Zaur Həsənov 1969-cu il iyulun 22-də Bakı şəhərində doğulub. Alim 2008-ci ildə “Kimmerlər və onların Azərbaycan tarixində yeri” adlı dissertasiya müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Gununsesi.info