Ramiz Mehdiyev xəstəxanaya düşdüyünü etiraf etdi - SABİQ PA RƏHBƏRİ XARİCDƏ OLDUĞUNU GİZLİ SAXLAYIR

Prezident Administrasiyasının sabiq rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyev Gununsesi.info-nun onun səhhətinin ağırlaşması barədə xəbərinə reaksiya verib.

Unikal.az -a açıqlamasında Mərkəzi Klinik Xəstəxanaya aparıldığını təsdiqləyən Mehdiyev , ancaq İsrailə getmədiyini iddia edib.

“Mən Mərkəzi Klinik Xəstəxanaya check-up üçün getmişdim. Hazırda Bakıdayam”. 

Gununsesi.info Mehdiyevin dediklərini növbəti dəfə araşdırıb. Məlum olub ki, sabiq PA rəhbəri fevral ayının 21-də Mərkəzi Klinikadan çıxarılaraq, xaricə aparılıb.

“O, hələ də ölkəyə gəlməyib” deyə mənbəmiz əlavə edib.

 

Gununsesi.info-nun mənbələri onun həqiqətən də İsrailə aparıldığını bir daha israrla təsdiq edib. Araşdırmamız zamanı Ramiz Mehdiyevin 21 fevral axşam saatlarında ambulansla MKX-dan çıxarılaraq, hava limanına gətirldiyi oradan da xaricə aparıldığı məlum olub.

 

 

 

Gununsesi.info