Ramiz Mehdiyev YAP-dan çıxarılır - İDARƏ HEYƏTİ TOPLANIR

  • By admin
  • 14 Fevral 2022 12:55

AMEA prezidenti Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasından kənarlaşdırılması gözlənilir.
Bu barədə Gununsesi.info-ya hakim partiyanın rəhbərliyindən bildirilib.
Xəbərə görə, Ramiz Mehdiyevin məsələsi yaxın günlərdə İdarə Heyətinin iclasında gündəliyə daxil ediləcək.
“Onun son çıxışlarının, özəlliklə, sonuncu parlament seçkilərinin nəticələrini kölgə altına salması , partiya nizamnaməsinə zidd fəaliyyəti YAP-dan xaric edilməsi üçün ciddi əsasdır” deyə mənbəmiz əlavə edib.

Gununsesi.info