Ramiz Mehdiyevdən Ramzan Kadırova xoş sözlər

Ramiz Mehdiyevdən Ramzan Kadırova xoş sözlər

ramiz

PA rəhbəri Çeçenistan prezidenti ilə görüşüb

Çeçenistanda səfərdə olan Prezident Administrasiyasının rəhbəri, akademik  Ramiz Mehdiyev adıçəkilən ölkənin prezidenti Ramzan Kadırovla görüşüb. Gununsesi.info xəbər verir ki, Azərbaycan prezidentinin salamlarını Ramzan Kadırova çatdıran PA rəhbəri həmçinin bildirib ki, Kadırov respublikaya başçılıq etdiyi 9 il ərzində çeçen xalqı üçün çox iş görüb. “Dağıdılmış Qroznı indi gözəl şəhərə çevrilib, Rusiyanın ən yaxşı şəhərlərindən biri olub.

Çeçenistan rəhbəri çeçen xalqının əsl oğludur, atasına, Çeçenistanın ilk prezidenti Əhməd Kadırova layiq oğuldur. Siz çeçen xalqının əsl oğlusunuz. Çeçen xalqına xoşbəxt həyat nəsib etmişiniz, problemləri və çətinlikləri aradan qaldırmışınız. Biz yaxın keçmişdə burada baş verənləri yaxşı xatırlayırıq. Siz təkcə çeçen xalqına layiq oğul deyilsiniz, eyni zamanda atanıza layiq oğulsunuz və onun xəyallarını həyata keçirirsiniz. Azərbaycan xalqı həmişə çeçen xalqının yanındadır”. Kadırov isə xoş sözlərə görə Mehdiyevə təşəkkür edərək deyib ki, Azərbaycan müharibə zamanı çeçen xalqına çox kömək edib. “Yaxşı yadımızdadır ki, o vaxt bütün çeçenləri quldur, terrorçu hesab edirdilər, heç kim bizimlə ünsiyyət qurmaq istəmirdi, qaçqınları qəbul edən yox idi. Mən Əhməd-Hacının (atası Əhməd Kadırovu nəzərdə tutur) Heydər Əliyevlə görüşündə iştirak edirdim. O, çeçen xalqına çox yaxşı münasibət göstərdi, kömək etdi. Biz bunu heç vaxt yaddan çıxarmarıq”.

Gununsesi.info

 

 

COMMENTS