Ramiz Mehdiyevin kürəkəni 18 milyona torpaq satır

  • By admin
  • 03 İyul 2023 16:20

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev Bakı şəhərində dəyəri 18 milyon manata olan torpaq sahəsini satışa çıxarıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə keçmiş vəkil Əliabbas Rüstəmov bildirib.

Sabiq vəkil deyib ki, həmin torpaq sahəsi Mehdiyevin hakimiyyətdə güclü mövqeyə sahib olduğu dövrdə əllərindən alınmış torpaqdır: “Ramiz Mehdiyevin qızının əri tərəfindən, zor tətbiq etməklə və məhkəmələrə təzyiqlər göstərməklə əlimizdən aldığı və Nizami rayonu ərazisində, “Neolit” Restoranının yanında yerləşən torpaq sahəsini 18 milyon manata satışa çıxardığı məlum olmuşdur”.

 

Mais

Gununsesi.info