

Dəyişikliklər prezident İlham Əliyevin 23 avqust 2017-ci il tarixli fərmanı əsasında aparılıb. Həmin fərmanda qeyd olunurdu ki, aparatın yeni ştat cədvəli 1 ay müddətinə tərtib olunmalıdır. Ştat sayı isə 200 nəfər olmalıdır. Prezidentin fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin strukturunda yeniləşmələr gedib.
Baş nazirin 85 yaşlı müşaviri Musa Məmmədov
Ümumi şöbənin müdiri Ziyavəddin Qasımov
Sənaye və energetika şöbəsinin müdiri Səyyad İsmayılov
Ekologiya şöbəsinin müdiri İlyas Əlizadə
Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov
Nazirlər Kabinetinin ləğv olunan şöbələri isə aşağıdakılardır:
MDB ölkələri ilə iş şöbəsi (müdir Kamal İsmayılzadə)
Məxfi Şöbə (Müdir Kamil Katibli)
Kadrlar Şöbəsi (Müdir Səriyyə Əzimova)
Qeyd edək ki, İsmayıl Sadıqov həm də Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvü olub.
Gununsesi.info