“Ramiz Mehdiyevin Şah İsmayıl haqda əsəri milli marağımıza tam cavab verir” - DEPUTAT ŞAH İSMAYILI AŞAĞILAYANLARA SƏRT CAVAB VERDİ

  • By admin
  • 11 Mart 2017 12:06
govhar-1
Son dövrlərdə yenidən mediada bir sıra elm adamları  Azərbaycanın tarixi şəxsiyyətləri haqqında həqiqətə uyğun olmayan  faktlar gətirməklə, onları cəmiyyətə aşılamağa çalışırlar.
Bu məsələyə aydınlıq gətirmək üçün filologiya elmləri doktoru, professor,  Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyevaya müraciət etdik.
 G. Baxşəliyevanın   Gununsesi.info-ya müsahibəsində Şah İsmayıl haqqında bəzi media orqanlarında səslənən fikirlərə aydınlıq gətirməyə çalışdıq:
“Akademik Ramiz Mehdiyevin  Şah İsmayıl haqqında yazdığı bu əsər  Azərbaycanın tam milli marağına cavab verən əsərdir”
ramiz mehdiyev-1
ramiz-xetai
-Gövhər xanım, bildiyiniz kimi, son günlərdə yenidən millli kimliyimiz və tarixi şəxsiyyətlərimizin şübhə altına alınması istiqamətində bir sıra açıqlamalar  bəzi media orqanlarında yer almaqdadır. Xüsusən də Şah İsmayıl haqqında… Bu barədə Sizin də mövqeyinizi bilmək istərdik…
-Biz öz tarixi şəxsiyyətlərimiz barəsində həqiqətəuyğun olmayan, əsassız fikirlər yayıb, onları aşağılamqla əslində qarşımızda duran  daha böyük  hədəflərimizə və milli maraqlarımıza zərbə vurmuş oluruq.
Hesab edirəm ki, Şah İsmayılla  bağlı ən dürüst və dolğun əsəri akademik Ramiz Mehdiyev yazıb.  Onun  “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” əsərində Şah İsmayılın fəaliyyəti və kimliyi barədə hər şey detallarınadək əksini tapıb. Akademik Ramiz Mehdiyevin  Şah İsmayıl haqqında yazdığı bu əsər  Azərbaycanın tam milli marağına cavab verən əsərdir. Çünki bu əsər etibarlı və obyektiv mənbələrə əsaslanaraq yazılıb. Burada  heç bir uydurma və şişirdilmiş məlumat yoxdur.
“Orta əsrlərdə əksər hökmdarların qanı qarışıq idi, bir etnosa məxsus qan tapmaq çətindir…”
-Bir çox alimlər isə Şah İsmayılı aşağılamaq üçün onun qanında xristian qanı axtarır və ya onun hansısa ölkəyə, xüsusən də Vatikanın əlaltısı kimi təqdim etməyə çalışır…
-Bəli, Şah İsmayılın anası Aləmşahbəyim Trabzon hökmdarının nəvəsi və Ağqoyunlu hökmdarı Uzun Həsənin qızıdır. Onun nənəsi xristian olub. Məgər, bu, qəbahətdirmi?!  Bu, tarixi faktdır və kimsə bunu inkar etmir. O zaman Osmanı hömkdarlarının əksəriyyətinin  anası ya  xristian və yaxud, digər millətlərdən olub. Orta əsrlərdə  əksər hökmdarların qanı qarışıq idi. Bir etnosa məxsus qan tapmaq çətindir. Bu, mümkün deyil. Çünki  ö dövrlərdə dövləti idarə etməkdə və dövlətlər arasında əlaqələrin qurulmasında  bu, bir ənənə idi və müxtəlif ölkələr öz maraqları naminə   digər  dövlətlərin hökmdarları ilə qan qohumluğu yaradırdılar. Bu, siyasi izdivac idi və orta əsrlər dövründə bu, bir ənənə halını almışdı. Yəni, bu izdivaclar siyasi məqsəd daşıyırdı.
pyotr-1
Burda digər mühüm bir məqam da ondan ibarət  idi ki, hökmdar oğlu mütləq  formada hökmdar qızı ilə evlənməli idi. Gələcəkdə hakimiyyəti idarə etmək üçün bu da bir qayda idi. Odur ki, burada hər hansı qəbahət yoxdur.
Məsələn, Rus çarlarının hamısının- Birinci Pyotrdan başlayaraq, bu yana demək olar ki, hamısının anası alman şahzadəsi olub.  Çar Nikolayın qanında demək olar ki, artıq rus qanı  yox səviyyəsində idi. Ruslar heç bunu dilə gətirmirlər. Belə məlumatları deməklə, yaymaqla  cəmiyyəti çaşdırmaq lazım deyil.
“Bəzi xalqlar olmayan yerdən özlərinə qəhrəman yaradırlar, biz isə belə böyük şəxsiyyətlərimizi aşağılamaqla məşğuluq.. “
-Demək  istəyirsiniz ki, belə məlumatlar məqsədyönlü olaraq yayılır?..
– Bununla kimlərsə stəkanda fırtına qopartmaq  istəyirlər. Belə, olmaz. Bu, düzgün yanaşma deyil. Millətin tarixi şəxsiyyətlərini aşağılamaq olmaz. Əksinə, millətə hər zaman qəhrəman lazımdır. Millət öz qəhrəmanı  və babaları ilə  fəxr etməli, o, qəhrəman onlara nümunə olmalıdır. Millət  Şah İsmayılla fəxr etməlidir. O, Şah İsmayılla ki, o, böyük Səfəvi dövləti yaradıb. Biz bunları  qabartmalıyıq. Heç başqa xalqların Şah İsmayıl  kimi sərkərdəsi,  hökmdarı,  dövlət başçısı olmayıb. Digər xalqlar olmayan yerdən özlərinə qəhrəman yaradırlar. Biz isə belə böyük şəxsiyyətlərimizi aşağılamaqla məşğuluq. Bu cür hərəkətlər mənafeyimizə uyğun deyil.
Şah İsmayılla bağlı  uydurma, obyektivliyə uyğun olmayan məlumatlar, yazılar da əsasən  Osmanı arxivlərdində olan məlumatlara əsaslanılaraq yazılır. Amma onu bilməliyik ki, o dövrdə Osmanlı ilə Səfəvi müharibə şəraitində yaşayırdı. Ona görə də tərəflər bir- birinə qarşı müxtəlif  təbliğat metodlardan istifadə edərək, gözdən salmağa çalışıblar.  Elə o zaman Osmanı mirzələri, katibləri Şah İsmayıl haqında insan, uşaq əti yeyən, guya sünniləri yağ qazanında yadıran, vəhşi bir insan obrazı yaradaraq, onu gözdən salan  fikirlər yazıblar.  Onlar bu metodla qarşı tərəfi gözdən salmağa xidmət edib və bu, bir təbliğat vasitəsi olub.
iskender PALA
“İskəndər Pala öz əsərində Şah İsmayılı anasını qətlə yetirən hökmdar kimi qələmə verib ki…”
Qarşı tərəf də buna uyğun olaraq Osmanlı hökmdarları haqqında bu cür təbliğat metodundan istifadə edib. Bu yazıların əksəriyyəti də tarixi faktlar deyil, kimlərinsə özlərindən uydurduğu faktlardır və heç bir obyektivliyi əks etdirmir. Sonra da kimlərsə həmin arxivlərdəki “materiallara” istinadən edərək əsərlər yazıblar. Hətta, İskəndər Pala öz əsərində Şah İsmayılı öz anasını qətlə yetirən hökmdar kimi qələmə verib. Ancaq, bu, ağ yalandır və tarix bu faktı inkar edir. Şah İsmayılın anası Aləmşahbəyim xanımın məzarı bu gün də Ərdəbildəki Səfəvi ailə  məqbərəsindədir. Əgər, o, anasını öldürsəydi, onun qəbri orada olmamalı idi.
Bunların hamsı absurd  və yalan məlumatlardır. Ona görə də mütəxəssislər hər hansı arxiv materialından istifadə edərkən həmin məlumatın obyektivliyinə diqqət yetirməlidir. Belə bir  fakt doğrudur, ya yox. Bəlkə kimsə qəsdən və bilərəkdən belə yalan məlumatı yazıb?! Axı, bu  cür faktlardan istifadə edəndə sonradan ortaya ciddi problemlər çıxır?! Necə ki, bu gün ermənilərin yalan  məlumatları əsasında bizə qarşı istifadə edirlər.
“Millət qəhrəmansız, idealsız yaşaya bilməz”
Şah İsmayıl Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və  hökmdarı olub. Biz onun hər cür fəaliyyətini təbliğ etməlik.  Çünki Şah İsmayıl bizə Kərkükdən, Mosuldan tutmuş Dərbəndə, Dərbənddən  Orta Asiya, Hindistan sərhəddinədək böyük bir dövlət yaradıb. O, bizim qürur yerimizdir və qürur yerimiz olaraq da qalmalıdır.
Baxın bu gün İran ərazisində yaşayan 35 milyonadək soydaşımızın var. Onların istinad yeri məhz Şah İsmayıldır. Onlar deyirlər ki, bugünkü İran məhz Şah ismayılın yaratdığı dövlətin əsasında formalaşıb, sənin dövlətini mənin türküm yaradıb. Əslində biz atrixi şəxsiyyətlərimizə qarşı çıxmaqla  qarşımızda duran böyük  hədəflərimizə və məqsədlərimizə ciddi zərbə vurmuş oluruq.
 Rəhmətlik Heydər Əliyev də  hər zaman deyərdi ki, xalqın qəhrəmanı  olmalıdır.  Xalq bu qəhrəmanları öz idealı kimi görməli, elə  yaşayıb və fəaliyyət göstəməlidir. Yəni, millətin bir istinad yeri olmalıdır. Millət qəhrəmansız, idealsız yaşaya bilməz. Odur ki, xalq vahid milli ideyaya xidmət edən qəhranmanlarını uca tutmalı, onlarla fəxr etməlidir. Millət bax belə vahid milli ideya ətrafında  birləşməlidir.
Mürtəza
 Gununsesi.info