Ramiz Novruzla vida mərasimi başa çatıb - YENİLƏNİR + FOTO/CANLI YAYIM

Dünən vəfat edən Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, mərhum dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılır.

Vida mərasiminin sonunda mərhumun cənazəsi alqışlarla yola salınıb.

12:41

Xalq artisti Ramiz Novruz Yasamalda, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Gununsesi.info  xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

12:05

Dünən vəfat edən Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilir.

Baku TV mərhumun yaşadığı ünvandan canlı yayıma çıxıb.

Görüntüləri təqdim edirik:

11:25

Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilir.

Gununsesi.info  xəbər verir ki, mərhumla son görüşə yaxınları, sənət adamları və onu sevənlər gəliblər.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu. O, dünən gecə saatlarında dünyasını dəyişib.