“Ramiz Novruzun ikinci həyat yoldaşını canlandıracağam” - AKTRİSA MƏLƏK HEYDƏROVA

  • By admin
  • 19 İyul 2017 16:22

759049

“Yeni seriala çəkilirəm”.

Gununsesi.info xəbər verir ki, bu sözləri aktrisa Mələk Heydərova yeni çəkiləcəyi serial haqda metbuat.az-a danışarkən deyib.

“Yeni sezonda Xəzər TV-də yayımlanacaq olan “Ailəcanlı” serialında çəkiləcəm. Çəkilişlər Avqustun ilk həftəsindən başlayacaq. Xalq artisti Ramiz Novruzla tərəf müqabiliyik. Serialda Ramiz müəllimin ikinci həyat yoldaşını canlandıracağam”, deyə o, qeyd edib.

Gununsesi.info