Ramiz Rövşən Hacı Şahinə şeir yazdı

Azərbaycanın xalq şairi Ramiz Rövşən bu gün vəfat edən din xadimi Hacı Şahin Həsənliyə şeir yazıb.

Qeyd edək ki, Hacı Şahin dünən vatsapp statusunda Ramiz Rövşənin şeirindən bir bənd paylaşmışdı.

HTML tutorial

Xalq şairinin bu gün mərhuma həsr etdiyi şeiri təqdim edirik:

Ramiz Rövşən Hacı Şahinə şeir həsr edib:

Günlər yarpaq kimi qopmur ömürdən,
Qopur diş kimi, dırnaq kimi.
Hər keçən gündən iz qalır Üzümdə cırmaq kimi

Çətini yaşamaqdı, ölmək nədi ki?
Heç nə. Son dəfə nəfəsini çəkib içinə
bir dərin suya baş vurmaq kimi.

Su içindən gəlir dünyaya insan, Nə var su içində ölməkdən asan?
Xeyri yox, lap dönüb balıq olasan, əcəl durub yol üstə qarmaq kimi.

…Qıymadın bir kimsəni oyatmağa,
Bu səhər üz tutub sübh əzanına – getdin.
Bizdən ayrıldın daha, Ən əziz dostun yanına getdin.
Daha nə dərdin? yanında dostun var Allah kimi…

Gununsesi.info