Dövlət Ramiz Rövşənə yeni ev verib? -Yenilənib

  • Müəllif: admin
  • 28 Yanvar 2025 15:47

Xəbər verdimiz kimi Gununsesi.info-ya daxil olan məlumata əsasən 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən mənzillə təmin olunan xalq şairi Ramiz Rövşənə daha bir mənzil hədiyyə edilib.

Xalq şairi Ramiz Rövşən mediaya verdiyi açıqlamasında məlumatı təkzib edib.

O bildirib ki, yayılan məlumat isə yalandır:

“2020-ci ildə “Xalq şairi” adını alanda mənə mənzil hədiyyə edilib. İndi yayılan məlumat isə yalandır”.

 

 

****

15:47

2020-ci ildə Prezident İlham Əliyev tərəfindən mənzillə təmin olunan xalq şairi Ramiz Rövşənə daha bir mənzil hədiyyə edilib.

Bu barədə Gununsesi.info-ya xalq şairinə yaxın mənbə bildirib.

Məlumata görə, Bakının mərkəzində yeni inşa olunan binalardan birində 4 otaqlı mənzil xalq şairinə hədiyyə olunub.

 

 

 

 

Günay

Gununsesi.info