Ramiz Rzayevin gömrük rəisi olan qardaşı yola salınır -ÖZƏL

  • By admin
  • 27 May 2023 10:37

Dövlət Gömrük Komitəsinin Şimal  Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayev tutduğu vəzifədən azad edilir.

Bu barədə Gununsesi.info-ya gömrük orqanlarındakı mənbə bildirib.

Məlumata görə, Rauf Rzayevə  təqaüdə göndərilməsi üçün könüllü ərizə yazdırılıb.

Üç gün əvvəl  Rzayev  şəxsi  heyətlə vida  görüşü də  keçirib.

Növbəti həftə onun işdən azad olunması barədə əmri elan olunacaq.

Qeyd edək ki, Rauf Rzayev Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayevin qardaşıdır.

Rauf Rzayev gömrük orqanlarında qalmaqallı şəxs kimi xatırlanır.

Qardaşı Ali Məhkəmə sədri olduğu üçün keçmiş komitə sədrləri onu “vura” bilməyib.

Elmar Elnuroğlu 

Gununsesi.info