Ramiz Zeynalov sürücülərlə görüşdü - FOTOLAR

  • By admin
  • 10 May 2017 10:42

1494399355-6835

Bakı Nəqliyyat Agentliyinin baş direktoru, IV İslam Həmrəyliyi Oyunları zamanı Nəqliyyat sisteminin tənzimlənməsi və idarə olunması üzrə Koordinasiya Şurasının sədri Vüsal Kərimli və Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlərin daşınması üçün ayrılan nəqliyyat vasitələrini idarə edən sürücülərlə görüşüb. 

Bakı Nəqliyyat Agentliyindən Gununsesi.info daxil olan xəbərə görə, Ramiz Zeynalov Oyunların nəqliyyat əməliyyatlarına cəlb edilən sürücülərə yol hərəkəti qaydalarına əməl etmələri barədə, eyni zamanda onlara tapşırılan missiyanı yerinə yetirərkən əsl vətəndaşlıq mövqeyindən çıxış etmələri ilə bağlı tovsiyələrini verib. İdarə rəisi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində sürücülərin üzərinə daha böyük məsuliyyət düşdüyünü xatırladıb. Diqqətə çatdırıb ki, bu işdə yol-patrul xidmətinin əməkdaşları sürücülərə dəstək olacaq. Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək.

Vüsal Kərimli Oyunların Əməliyyat Komitəsi tərəfindən Bakı Nəqliyyat Agentliyinə həvalə edilən nəqliyyat tədbirlərinin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində bütün lazımi tədbirlərin icrasının təmin edildiyini diqqətə çatdırıb. Baş direktor qeyd edib ki, Oyunlar müddətində nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin edilməsi məzh sürücülərin müəyyən edilmiş vəzifə və funksiyalarını tam məsuliyyətli, ən əsası isə yüksək peşəkarlıqla həyata keçirməsindən aslıdır. Qarşıdakı günlərdə atletlər və onların məşqçilərinə göstəriləcək nəqliyyat xidmətlərinin keyfiyyətinin məhz yüzlərlə sürücü arasından seçilmiş bu şəxslərin peşəkar fəaliyyətindən aslıdır: “Peşəkar bacarıqlarla yanaşı, qarşıya qoyulan tapşırıqların layiqincə yerinə yetirilməsi baxımından vacib olan digər bir önəmli məqam yüksək vətənpərvərlik hisslərimizdir”.

Görüşdə sürücüləri maraqlandıran suallar da cavablandırıb. Atletlərin daşınması zamanı ortaya çıxa biləcək maneələrin dərhal aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verilib.