Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qayını oğlu Bakıda qətlə yetirilib.
Gununsesi.org BakuPost-a istinadən xəbər verir ki, hadisə dünən gecə Yasamal rayonu ərazisində baş verib. Qətlə yetirilən
1990-cu il təvəllüdlü şəxs avtomobil idarə edərkən başqa bir sürücü ilə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib və idarə rəisinin qayını oğlunu döş qəfəsindən bışaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.