Ramosdan yeni rekord – Kumanı geridə qoydu

  • By admin
  • 22 İyun 2020 15:40

“Real”ın kapitanı Serxio Ramos İspaniya çempionatı tarixinin ən çox qol vuran müdafiəçisi olub.

Gununsesi.org qol.az-a istinadən xəbər verir ki, o, son olaraq La Liqanın 29-cu turunda “Real” Sosyedad”la matçda (2:1)penaltidən fərqlənərək ölkə çempionatında indiyə kimi vurduğu qolların sayını 68-ə yüksəldib. Bununla da, 34 yaşlı müdafiəçi “Barselona”nın sabiq futbolçusu Ronald Kumanı (67 qol) geridə qoyaraq İspaniya çempionatı tarixinin ən çox qol vuran müdafiəçisi olub.

İspaniyanın çempionatının ən yaxşı bombardir-müdafiəçilərinin “TOP-5″i

1. Serxio Ramos (“Real”) – 68 qol (12 – penalti ilə)
2. Ronald Kuman (sabiq “Barselona”lı) – 67 (46)
3. Fernando Yerro (sabiq “Real”lı) – 51 (19)
4. Roberto Karlos (sabiq “Real”lı) – 46 (2)
5. Pirri (sabiq “Real”lı) – 45 (16)

Gununsesi.org