Ramzan Kadırov Ərdoğandan çeçen terroristləri istədi

  • By admin
  • 05 İyul 2016 10:52

kadrov

 

Çeçenstanın rəhbəri Ramzan Kadırov Ankaranı Türkiyə ərazisində gizlənən çeçenəsilli terroristləri Rusiyaya təhvil verməyə çağırıb. Gununsesi.info xəbər verir ki bu barədə Kadırov öz İnistogram səhifəsində yazıb. O öz İnistogram səhifəsində Türkiyə ərazisində gizlənən çeçenəsilli terroristlərin siyahısını Ankaranın diqqətinə çatdırıb: “Əgər Türkiyə hakimiyyətinə çeçenəsilli terroristlərin adlarını istəyirsə, bir daha onların adlarını deyirəm və yazın! Tarxan Qaziyev, Əhməd Umarov, Əhməd Patayev, Şirvani Basayev, Maxran Saidov, Rizvan və Usama Yaqubovlar, Aslanbek Vadalov, Movsar Çatayev, Hadi Alasxanov, Rustam Naurbayevdir. Onların ideoloji liderləri Mövladi Uduqovdur. Bu terrorçiular Türkiyə sahillərində çox rahat hiss edirlər”, – Kadırov qeyd edib.

Kadrov onu da əlavə edib ki, zamanında çeçenəsilli terrorçularıın Türkiyəyə problemlər yaradacağı barədə Ankaranı xəbərdar etdiyini də vurğulayıb.

 

Gununsesi.info