Ramzan Kadırov qardaşı oğlunu nazir təyin edib

  • By admin
  • 02 Fevral 2023 16:10

Ramzan Kadırovun öz doğma qardaşı oğlunu- 26 yaşlı Həmzət Kadırov Çeçenistanın əmlak və torpaq münasibətləri naziri təyin edilib.

Gununsesi.info xəbər verir ki, Ramzan Çeçenistan hökumətinin iclasında yeni baş nazirinin müavini, əmlak və torpaq münasibətləri naziri Həmzət Kadırovu Nazirlər Kabinetinin üzvlərinə təqdim edib.

Bundan başqa Kadırovun 23 yaşlı qızı Ayşat Kadırova ölkənin mədəniyyət naziri, digər qızı, 21 yaşlı Xadicat Kadırova paytaxtın məktəbəqədər təhsil departamentinin rəhbəri, digər qardaşı oğlu isə Çeçenistanın Təhlükəsizlik Şurasının rəhbəri vəzifələrini icra edirlər.

Tərcümə:

Adil Elxanoğlu