Çeçenistanın başçısı Ramzan Kadırov DİN və Rusiya Qvardiyasının komandirləri ilə müşavirədə deyib ki, tənqidçilərinin harada olmasından asılı olmayaraq onlarla “haqq-hesab” çürüdəcək:
“Kim bizim baxışımızla razı deyilsə, qoy respublikadan çıxıb getsin. Biz çoxlarını bağışlamışıq, tutulanları buraxmışıq. Kimsə Çeçenistanda nəsə qarışdırmaq istəsə, ona rəhm etməyəcəyik. Hansı ölkədə olursa-olsun o terrorçunun bizə təslim edilməsi üçün sorğu göndərəcəyik. Əgər onu bizə verməsələr, deməli onunla bacardığımız kimi hərəkət edəcəyik. Onlar bizim haqqımızda söhbətlər aparır, filmlər çəkirlər, nə istəsələr deyirlər. Bunu belə qoya bilmərik”.
Kadırov deyib ki, Çeçenistan hakimiyyəti tərəfindən ittiham edilənlərin qohumları yalnız həmin adamdan üz çevirdiklərini deməklə yaxalarını qurtara bilməyəcəklər. O, bundan əvvəl də tənqidçilərinin qohumlarını cəzalanırıb. Məsələn o avqustun əvvəllərində Yanqulbayev qardaşlarının dörd qohumunu – onların dayısını və üç dayısı uşağını Ukrayna müharibəsinə göndərib.
Daha ətraflı oxumaq üçün AzadlıqRadiosunun saytına keçid edin. Link səhifəmizin bio-sunda.
Gununsesi.info