Ramzan Kadırova nə olub? - ALMAN MEDİASI YAZIR 

Almaniyanın “Bild” nəşri Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətində problem olduğunu yazıb.
 Nəşr onun 1 il öncəki və indiki şəklini paylaşıb. Kadırovun görünüşünün qısa müddət dəyişməsi bir çoxlarının diqqətini cəlb edib. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bununla bağlı paylaşım edib. Onun ehtimalına görə, Kadırov kökəlib.
Mühacirətdə yaşayan Əhməd Zakayev isə deyir ki, Kadırov daim Putinə aktiv görünmək üçün çoxlu dərmanlar qəbul edib və indi səhhətində ciddi problemlər yaranıb. Buna görə də, hətta fevralın 21-də Putinin müşavirəsinə qatıla bilməyib.
Jurnalist Ceyson Cey isə öz mənbələrinə istinadən yazır ki, Kadırovun böyrəklərində problem var.
Gununsesi.info