Ramzan Kadırovu tənqid edən bloqer İsveçdə öldürülüb

İsveçdə çeçen müxalif bloger Tumso Abduraxmanov öldürülüb. Bu barədə diaspor liderlərindən Anzor Masxadov məlumat verir.

Masxadovun sözlərinə görə, Əbdürəhmanov bir qrup şəxs tərəfindən öldürülüb: “Heç bir təfərrüat deyə bilmərəm, sadəcə olaraq, ona silahla atəş açılıb”.

Çeçenistan diasporasının media kanallarına görə, Tumso Abduraxmanovun ölümü təsdiqlənib, qardaşı Məhəmməd isə xüsusi xidmət orqanları tərəfindən gizlədilib.

Gununsesi.info