Ramzan Kadırovun oğlu Şeyxin qonağı olub

  • By admin
  • 30 Mart 2023 22:15

Çeçenistan prezidenti Ramzan Kadırovun oğlu Əhməd Kadırov Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qonağı olub.

Atasının salamlarını QMİ sədrinə yetirən qonaq nəfis şəkildə hazırlanmış Qurani-Kərimi Şeyxülislama hədiyyə verib.

A.Paşazadə çeçen xalqının lideri olmuş Əhməd Kadırovla bağlı xatirələrini bölüşüb, onun adını daşıyan nəvəsini bu yaxınlarda ailə qurması münasibətilə səmimi qəlbdən təbrik edib ən xoş arzularını ifadə edib, xatirə hədiyyəsi təqdim edib.

Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksi iştirak ediblər.

 

Mais

Gununsesi.info