“Range Rover” “KamAZ”la toqquşdu, Yol Polisi İdarəsinin şöbə rəisi yaralandı - FOTO

  • By admin
  • 12 İyul 2017 08:01

dyppp

Bakıda aeroport yolunda xəsarətlə nəticələnən qəza baş verib.

 Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, “Range Rover” markalı avtomobil yoldakı dəmir arakəsmələri yuyan “Azəravtoyol” ASC-yə  məxsus “KamAZ” markalı texniki xidmət maşınına arxadan çırpılıb.

FHN xilasediciləri  minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Məlumata görə, xəsarət alan sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin texniki təminat üzrə şöbə rəisi 31 yaşlı kapitan  Hüseynov Cabir Firdovsi oğludur.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info