“Range Rover”dən 6 min OĞURLANDI

  • By admin
  • 02 Yanvar 2023 12:09

Ötən il dekabrın 30-da Nəsimi rayonu ərazisində “Range Rover” markalı avtomobildən 6000 manat oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Oğurluq barədə Nəsimi RPİ 21-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.

Gununsesi.info