Rasi-zadə mədəniyyət və istirahət parklarını icra hakimiyyəti orqanlarının tabeliyinə verdi

  • By admin
  • 14 Aprel 2017 09:31

nazirler

Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların  Siyahısı”nda dəyişikliklər edib. 

Gununsesi.info-nun məlumatına əsasən, qərara əsasən mədəniyyət və istirahət parkları Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından çıxarılıb. 

Mədəniyyət və istirahət parkları  onlara məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Mədəniyyət və Turizm Nazirliyinə Əmlak Məsələləri Dövlət Komitəsi və ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Gununsesi.info