Rasim Əhmədli dələduzlara xas olan bütün ritual qaydalara ciddi əməl edib -Elşad Hacıyev

  • By admin
  • 07 Yanvar 2022 09:59

Gununsesi.info-nun məlumatına görə, uzun müddətdir özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə səlahiyyətli şəxslərilə  görüşlər keçirən  Rasim Əhmədli ötən ilin noyabrından beynəlxalq axtarışa verilib. 

Bu arada DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Rasimin əməlləri ilə bağlı maraqlı şərhi ilə diqqət çəkib.

“Ona kim salam veribsə, aldadıb. Kim inanıbsa, zərər çəkib. Dələduzlara xas olan bütün ritual qaydalara da ciddi əməl edib” – deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, FHN də həmin şəxsin nazirlikdə işləmədiyini açıqlayıb.

Gununsesi.info