Xalq artisti Rasim Balayevin səhhəti pisləşib.
Gununsesi.info xəbər verir ki, bu barədə “report”a açıqlama verən xalq artisti bildirib ki, havaların dəyişməsi ona pis təsir edib: “Havalar yaxşı idi deyə nazik geyinirdim. Buna görə də soyuqlamışam. Amma mmüalicələrimi davam etdirirəm. Depressiya ilə bağlı da dərmanlar qəbul edirəm. Yəni, hər şeydən bir az var. Özümü yaxşı hiss etmirəm”.
Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var.
Gununsesi.info