“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd kimi iştirak edəcək.
Gununsesi.org-un məlumatına görə, bu barədə o, Feysbuk hesabında məlumat verib.
“Bu gün seçki hüququmdan istifadə edərək, 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Bunun üçün lazım olan sənədləri səlahiyyətli nümayəndəm DSK-ya təqdim etdi”, – Arifoğlu paylaşımında qeyd edib.
Gununsesi.org