Rauf Dadaşov “Space”dən getdi

  • By admin
  • 02 Dekabr 2021 14:18

“Space TV”nin prezidenti Müşfiq Hətəmov tərəfindən telekanalın baş prodüseri vəzifəsinə gətirilən Rauf Dadaşov işdən ayrılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Dadaşovun özü təsdiqləyib.

“Bir müddət quruculuqda iştirak etdim, Müşfiq Hətəmova kömək etdim və missiyam başa çatdı”, – deyə o bildirib.

Qeyd edək ki, R. Dadaşovun “Space TV”dən ayrılma haqda ilk xəbəri olay.az saytı yayıb.

Gununsesi.info