Rauf Məmmədov Azərbaycan çempionu oldu - VİDEO

  • By Admin2
  • 17 Fevral 2025 10:15

Şahmat üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, yarışın son günündə tay-brek görüşləri baş tutub.

Kişilərin mübarizəsində Rauf Məmmədov Şəhriyar Məmmədyarovu üstələyərək karyerasında 6-cı dəfə Azərbaycan çempionu olub.

Qadınların yarışında Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gəlib.

Gununsesi.info