Rauf Məmmədov dünya çempionuna qarşı

  • By admin
  • 21 Aprel 2018 13:51
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess-2018 superturnirində bu gün 3-cü turun görüşləri keçiriləcək.
Gununsesi.info xəbər verir ki, təmsilçilərimizdən Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinlə qarşılaşacaq.
Teymur Rəcəbov hollandiyalı Aniş Giri ilə üz-üzə gələcək.
Rauf Məmmədovu isə bu tur daha çətin qarşılaşma gözləyir. O, dünya çempionu Maqnus Karlsenlə görüşəcək.
Turnirin əvvəlki turlarında bütün görüşlər heç-heçə başa çatıb.
İsveçrə sistemi ilə keçirilən turnir 9 turdan ibarətdi.
Shamkir Chess-2018, 3-cü tur
21 aprel
Aniş Giri (Hollandiya) – Teymur Rəcəbov (Azərbaycan)
Dinq Liren (Çin) – Veselin Topalov (Bolqarıstan)
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Sergey Karyakin (Rusiya)
David Navara (Çexiya) – Radoslav Voytaşek (Polşa)
Rauf Məmmədov (Azərbaycan) – Maqnus Karlsen (Norveç)