Rayonda itkin düşən qadın Bakıda tapıldı – FOTO

15 gün əvvəl Ağsuda itkin düşən qadın tapılıb.

Gununsesi.info  xəbər verir ki, avqustun 22-də rayonun Çaparlı kəndində yaşadığı evdən çıxaraq itkin düşən 28 yaşlı Gülnişan Səfərli tapılaraq ailəsinə təhvil verilib.

HTML tutorial

Məlumata əsasən, G.Səfərli Bakı şəhərində aşkarlanıb.

Qeyd edək ki, G.Səfərli ailəli olub, azyaşlı övladı var.