“Bu sözüm çoxlarına xoş gəlməyəcək. Hansı kanalı açırsansa, yalnız sosial verilişlər görürsən. Rayonlarda, kəndlərdə insan qalmayıb, hamısı bu proqramlara gəlir. Verilişlərin adları və aparıcıları dəyişir, amma məzmunları eynidir, insan bezir. Əvvəllər mən özüm də o verilişlərdə iştirak edirdim, indi isə o proqramlara getmirəm və getmək də istəmirəm. Çünki orada çox ağır mühit var”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Əməkdar artist Hicran Nəsirova “Gün işığında” verilişində deyib. Aktrisa hazırda yayımlanan verilişlərdən şikayət edib:
“1980-1990-ci illərdə teatrlara, aktyorlara, filmlərə həsr olunan verilişlər var idi, insanları savadlandırırdı. Belə verilişlər olsun. Elə bil ki, onların yaşadıqları yerlərdə polislər, icra hakimiyyəti, vəkil, bələdiyyə işləmir. Hamı hücum edir bu verilişlərə. İş o yerə gəlib çatıb ki, şikayətçi verilişə gəlir, aparıcıya, qonaqlara hücum çəkir. Sanki hamı o şikayətçilərə borcludur”.
Gununsesi.info