
Millət vəkili Əli Məsimli Parlamentin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında Azərbaycan Respublikasının 2024-cü ilin büdcə zərfinə daxil olan sosial xartakerli layihələrin müzakirəsi zamanı bir sıra problemlərdən danışıb.
Gununsesi.info deputatın çıxışını təqdim edir:
Azərbaycanda əmək haqqı və pensiyanin artımında müəyyən dinamika olsa da,bizdə bu sahədəki mütləq rəqəmlər-istər orta aylıq əmək haqqı,istərsə də orta pensiyanın məbləği ölkəmizin potensial imkanları baxımından aşağıdır.
Azərbaycanda iqtisadi artım templəri aşağı düşüb. Bu ilin sonuna nəzərdə tutulan 1,9 faizlik,gələn il üçün proqnozlaşdırılan 2,4 fazilik, eləcə də 2027-ci ilədək olan dövrdəki 2,9 faizlik orta illik artım templəri proqnozu ölkəmizin potensial imkanlarından xeyli aşağıdır.Bu həm də o deməkdir ki,Azərbaycan sürətli artım trayektoriyasından yavaşımış artım trayektoriyasına keçib.Bu hal aradan qaldırılmasa, qarşıdakı illərdə büdcə gəlirlərinin davamlı şəkildə artırılması sahəsində də çətinliklər yaranacaq.Ona görə də ölkə qarşısında duran aktual məsələlərin həllinin maliyyə təminatının etibarlılığının artırılması, bir tərəfdən islahatlar aparıb sürətli artım trayektoriyasına keçməyi, digər tərəfdən isə əlavə mənbələr hesabına sosial problemlərin həllinin maliyyə təminatının genişləndirilməsini obyektiv tələbata çevirib.Belə mənbələrdən biri ÜDM-də əməyin ödənişi xərclərinin payının artırılmasıdır.MDB-nin 3 enerjidaşıyıcılı ölkəsinin həmin göstəricisini müqayisə etsək,görərik ki, ÜDM-də əməyin ödənişi xərcləri Rusiyada 40 faizin,Qazaxıstanda 30 fazin,Azərbaycanda isə 20 faizin ətrafındadır. Azərbaycanda ÜDM-də əməyin ödənişi xərclərini Qazaxıstan səviyyəsinə çatdırsaq, əmək haqqlarını nəzərəçarpan dərəcədə artırmaq olar.Bu isə öz növbəsində pensiyaların da artmasının maliyyə bazasını xeyli genişləndirmiş olar.
Azərbaycanda orta aylıq əmək haqqının bu ilin sonuna 930 manata, 2024-cü ildə isə 980 manata çatdırılması nəzərdə tutulur. Gələn il əmək pensiyalarının orta aylıq məbləğinin 483 manat, yaşa görə pensiyanın orta aylıq məbləğinin isə cari ildəki 466 manatdan 516 manata çatacağı proqnozlaşdırılır.Amma bunlar orta əmək haqqı və orta pensiya göstəriciləridir və real vəziyyəti yetərincə əks etdirmir.İşləyənlərin xeyli hissəsinin maaşı,pensiyaçılarn da xeyli hissəsinin aldığı pensiya həmin göstəricilərdn aşağıdır.Ona görə də real vəziyyəti orta əmək haqqı yox,muzdla çalışanların yarıya qədərinin orta əmək haqqnın 50 faizinə yaxın olan median əmək haqqı məbləği daha aydın göstərir.Eyni sözləri orta pensiyadan aşağı olan median pensiya gösətərici haqqında demək olar. Regionda yaşayanların xeyli hisssinin əmək haqqı median əmək haqqına yaxın- 450 -500 manat,bir hissəsinin maaşları isə ondan da aşağııdr. İki il əvvəl median əmək haqqının məbləği 400 manatın üstünə idi. Son illər median əmək haqqının və median pensiyanın artımında dinamika necə olub?Aidiyyatı orqanların araşdırma aparması məqsədəuyğun olar ki, büdcə zərfinin əhatə etdiyi 2024-2027-ci illərdə median əmək haqqından da aşağı və ona yaxın maaş alan insanlar üçün pensiya almaq imkanı nə qədər əlçatan olacaq? Pensiya yaşına çatdıqca, maaşı aşağı səviyyədə olan insanların nə qədəri pensiya ala biləcək və nə qədəri sadəcə qocalıq müavinəti almaqla kifayətlənməli olacaq? Minimum və ona yaxın əmək haqqı kimi, minimum və ona yaxın pensiya da,qocalıq müavinəti də vətəndaşların real minimum ehtiyaclarını belə qarşılamaq üçün yetərli deyil və regionlarda yoxsulluğun dairəsini genişlənirir. Ona görə də bu məsələnin ciddi araşdırılmasına və islahatlar kontekstində müvafiq tədbirlər görülməsinə ciddi ehtiyac var.
Rayonlarda işsizliklə bağlı vəziyyət gərgindir.Sosial problemlərin çoxu işsizlikdən və əhalinin xeyli hissəsinin gəlirlərinin səviyyəsinin aşağı olmasından qaynaqlanır. Əhalinin güzəranını yaxşılaşdırmaqdan ötrü ilk növbədə məşğulluğu artırmaq lazımdır.Yaxşı maaşlı yeni iş yerlərinin artırılması istiqamətində işlər genişləndirilməlidir.Eyni zamanda regionlarda sahibkarlığın, o cümlədən sosial sahibkarlığın inkişaf etdirilməsi isitiqamətində təsirli tədbirlər görülməli,bu sahədəki bütün maneələr aradan qaldırlmalı,əlverişli mühit yaradılmalııdr. Son illər özünüməşğulluq proqramının dairəsi xeyli genişlənib. Özünüməşğulluın nəticəlilyi baxımından müsbət məqamlarla yanaşı,mənfi məqamlar da var ki,bu da onun davamlılılıq müddətinə mənfi təsir göstərir. Yaxşı olar ki, bu məsələyə kompleks və koordinasiya olunmuş çəkildə yanaşılsın.Bu. sahədə yaxşı nəticələrə nail olub, perpektivli işlər qura bilənlərə mal-qara,avadanlıq və sair aktivlərlə yanaşı, həm də aşağı faizlərlə və əlverişli şərtlərlə kreditlər də verilsin ki, özünüməşğulluın nəticəlilyi artsın,onarın xeyli hissəsi bir neçə ilə öz təsərrrüfatını genişləndirə,ayaqda qala bilsinlər.
Milli Məclisin müzakirəsinə verilən büdcə zərfinə daxil olan sənədlər mahiyyət etibarı ilə postmüharibə mərhələsinin büdcələridir.Bu amilin hər bir detalı,hər bir nüansı hərtərəfli şəkildə nəzərə alınmalı, şəhid ailələrinin,qazilərin sosial müdafiəsinin güclndirilməsi istiqamətində işlər davam etdirilməklə yanaşı, həm də muharibə veteranlarına verilən 80 manatlıq müavinətin yaxın vaxtlarda artırılması üçün real nəticəli addımlar atılmalmasını zəruri hesab edirik.
Gununsesi.info