Rayonlarda televiziya kanalların dayandırılması mərhələli şəkildə olacaq

  • By admin
  • 18 Noyabr 2016 15:40
mtrs-tel 
Azərbaycanın regionlarında analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçiriləcək.
Gununsesi.info xəbər  verir ki, bu gün  Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib və iclasda rəqəmli yayıma keçidlə bağlı vəziyyət müzakirə olunub. Əhalinin rahatlığının təmin edilməsi, analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın – dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması işinin asanlaşdırılması məqsədilə respublikanın regionlarında analoq yayımın mərhələli şəkildə dayandırılması məqsədəmüvafiq hesab edilərək, MTRŞ-nın 27 sentyabr 10 saylı qərarında dəyişiklik edilib. Edilmiş dəyişiliyə əsasən regionlarda analoq yayımın dayandırılmasının 3 mərhələdə həyata keçirilməsi barədə qərar qəbul ediləcək.
Qərara əsasən analoq yayımın  birinci mərhələdə – 01 dekabr 2016-cı il tarixdən Şamaxı Qobustan, Siyəzən,  Şabran, Xızı, Quba, Qusar, Xaçmazda, ikinci mərhələdə – 10 dekabr 2016-cı il tarixdən Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə,  Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda,  üçüncü mərhələdə – 20 dekabr 2016-cı il tarixdən Şirvan, Salyan, Neftçala, Haciqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur.
Gununsesi.info