Rayonun adını yazarkən biabırçı səhvə yol verdilər - FOTO

  • By admin
  • 31 İyul 2019 11:58

Ağstafanın girişində düzəldilən simvol-abidədə  rayonun adı yanlış yazılıb. 

Gununsesi.org xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Sakinlər buna irad bildirsələr də, rədd cavabı alıblar:

“Rayonun  girişinə “Ağstafa” yazmaq əvəzinə, “Ağtafa” yazılıb. Maşını saxlayıb irad bildirirəm ki, rayonun adının düzgün yazmırsınız. Dedilər ki, İcra Hakimiyyətinin başçısı nə deyib, onu edirik”.

Gununsesi.org