“Razı Nurullayevi şeyxin yerinə təyin edəcəm”- HAFİZ HACIYEV

“Razı Nurullayevi şeyxin yerinə təyin edəcəm”

“Yeni Müsavat”ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayım qonağı bu dəfə  prezidentliyə namizəd Hafiz Hacıyev olub.
Gununsesi.info xəbər verir ki, H.Hacıyev yenə də  qalmaqallı açıqlaması ilə yadda qalıb.
Belə ki, partiya sədri Azərbaycanda keçiriləcək 11 aprel prezident seçkilərində qələbə qazanarsa, “Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayevə vəzifə verəcəyini vəd edib.
H.Hacıyev Razi Nurullayevi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Hacı Allahşükür Paşazadənin yerinə təyin edəcəyini bildirib:
“Paşazadə artıq bu vəzifədən yorulub. Hesab edirəm ki, bu vəzifəyə ən layiqli namizəd Razi Nurullayevdir. Bu adamı Dini Qurumlar üzrə Dövlət Komitəsinə də sədir təyin etmək olar. R.Nurullayev bu vəzifələrə çox uyğun gəlir”.
Qeyd edək ki, bundan əvvəl, “Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayev bildirib ki, 11 aprel prezident seçkilərində qələbə qazanarsa Hafiz Hacıyevə vəzifə verəcək. O, qələbə qazandığı təqdirdə dərhal Azərbaycanda balıqçılıq nazirliyi bərpa olunacaq və bu vəzifəyə H.Hacıyevi təyin edəcək.
Gununsesi.info

COMMENTS