Razi Nurullayevin partiyası qeydiyyata alındı

Ədliyyə Nazirliyi Milli Cəbhə Partiyasının yenidən təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə MCP-nin sədri, deputat Razi Nurullayev məlumat paylaşıb.

O bildirilib ki, nazirlik siyahıları təsdiq edib və partiyanı dövlət qeydiyyatına alıb.

Bundan əvvəl R.Nurullayevin rəhbərlik etdiyi partiyanın Ədliyyə Nazirliyinə təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıqlar aşkar edilmişdi.

 

Gununsesi.info