Razılaşdırılmış tarif siyasətinə keçilə bilər - Bakı Bəyannaməsi

Azərbaycan, Türkiyə və Qazaxıstan arasında razılaşdırılmış tarif siyasətinə keçilməsi müzakirə edilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin bu gün imzaladığı Bakı Bəyannaməsində qeyd olunub.

Bəyannamədə bildirilib ki, Orta Dəhliz marşrutunun nəqliyyat potensialının artırılması üçün razılaşdırılmış qarşılıqlı faydalı tarif siyasətinin aparılması vacibdir.

Dəhlizin kommersiyalaşdırılması və bütün Orta Dəhliz ölkələrinin əraziləri vasitəsilə tranzit daşımaların asanlaşdırılması yolu ilə əldə edilən faydaları maksimuma çatdırmaq üçün birgə səylər əhəmiyyətlidir.

Gununsesi.info