Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca israilli həmkarı ilə görüşdüyünü açıqlayıb.
Gununsesi.info-nun məlumatına görə, Koca bildirib ki, xərçəng xəstəsi olan uşaqlardan başlayaraq Qəzzadan Türkiyəyə xəstələrin köçürülməsi üçün razılıq əldə olunub.
“Mən dünən axşam saatlarında İsrailin səhiyyə naziri ilə görüşdüm. Səhiyyə naziri və bir həkim kimi mən açıq şəkildə bildirdim ki, zorakılığın istənilən forması yolverilməzdir. Biz razıyıq ki, səhiyyə xidmətlərinin saxlanmaması izaholunmazdır. Müalicəsi yarımçıq qalmış xərçəng xəstəsi uşaqlardan başlayaraq xəstələrin təhlükəsiz göndəriş prosesi üçün gözləntilərimizi və məsuliyyətimizi ifadə etdim”.
Türkiyəli nazir israilli həmkarının bu məsələdə həmfikir olub və müsbət rəy bildirdiyini deyib: “Ən qısa zamanda xərçəngli uşaqları Türkiyəyə gətirməyə başlayacağıq. Bundan əlavə, gəminin bu gün yola düşməsi gözlənilən dərman, tibbi cihazlar, 8 sahə xəstəxanası, 20 təcili yardım maşını və tibbi ləvazimat da daxil olmaqla təxminən 500 ton yardım avadanlığı çatdırırıq”.
Gununsesi.info