Ərdoğanın səhhəti qəfil pisləşdi – Bütün tədbirlər ləğv edildi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın səhhətində qəfil problem yaranıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti məlumat yayıb.

Bildirilib ki, prezident soyuqladığına görə, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilməsi planlaşdırılan 3-cü Avropa Siyasi Birliyinin Zirvə Toplantısına qatılmayacaq. Bundan əlavə, dövlət başçısının digər proqramları da ləğv edilib.

 

Şəbnəm

Gununsesi.info