Reabilitasiya Mərkəzində başını divara çırpan xəstə öldü

  • By Admin2
  • 07 Fevral 2025 10:30

Gəncədə tibb müəssisəsində özünə xəsarət yetirən xəstə vəfat edib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Gəncə Reabilitasiya Mərkəzində müalicə alan şəhər sakini M.Vəlixanov fevralın 5-də başını divara vurub.

Nəticədə o, ağır xəsarət alıb.

M.Vəlixanov fevralın 6-da aldığı xəsarətdən vəfat edib. Bildirilib ki, özünə xəsarət yetirən şəxs ruhi-əsəb xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info