Reabilitasiya mərkəzlərinin fəaliyyəti xüsusi razılıqla tənzimlənəcək

  • By Admin2
  • 03 Mart 2026 13:20

Əhalinin psixi sağlamlığının qorunması və psixi pozuntuların qarşısının alınması məqsədilə yeni tədbirlər təklif olunur.

Gununsesi.info-nun xəbərinə görə, təkliflərə əsasən, psixi pozuntulardan əziyyət çəkən şəxslərə əlçatan, keyfiyyətli və kompleks yardımın göstərilməsi, onların hüquq və mənafelərinin qorunması, sosial müdafiəsinin təmin olunması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu məqsədlə Psixi Sağlamlıq Sahəsində Milli Strategiyanın qəbul edilməsinin sürətləndirilməsi təklif edilir.

Həmçinin,reabilitasiya xidmətləri göstərən özəl mərkəzlərin fəaliyyətinin xüsusi razılıq əsasında həyata keçirilməsi və bu fəaliyyətə müntəzəm nəzarətin təmin olunması prioritet tədbirlərdən hesab olunur.

Təklif olunan tədbirlər ölkədə psixi sağlamlıq sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və vətəndaşların hüquqlarının daha effektiv qorunmasına yönəlib.

Orxan

Gununsesi.info