“Real” 11 oyundan sonra məğlub oldu

  • By admin
  • 02 Yanvar 2022 20:09

Futbol üzrə İspaniya La Liqasının 19-cu turu çərçivəsində “Hetafe” öz meydanında “Real”ı qəbul edib.

Gununsesi.info-nun məlumatına görə, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 9-cu dəqiqədə Enes Ünal vurub.

“Hetafe” La Liqada son 6 oyunda məğlub olmayıb (3 qələbə və 3 heç-heçə) və 18 xalla turnir cədvəlində 16-cı yerdədir.

“Real” isə 11 oyundan sonra La Liqada ilk dəfə məğlub olub. Kral klubu 46 xalla turnir cədvəlində liderdir.

 

Gununsesi.info