“Real” da avqustda Ronaldusuz bacaracaqmı?

  • By admin
  • 13 İyul 2016 20:47

roni-1

 

Portuqaliya yığmasının və İspaniyanın “Real” futbol klubunun hücumçusu Kristianu Ronaldu UEFA Superkuboku çərçivəsində avqustun 9-da “Sevilya” ilə keçiriləcək matçda iştirak etməyəcək.

Gununsesi.info xəbər verir ki, ulduz futbolçu “Avro-2016” nın Portuqaliya ilə Fransa arasında keçirilən final matçında diz bağının zədələnməsi səbəbindən 3-4 həftəlik müalicə kursu keçməlidir. Forvardın daha əvvəl də dizi ilə bağlı problemləri olduğu üçün zədənin ağırlaşacağından ehtiyat edən madridlilər tam bərpa olunması üçün komandanın liderinə şərait yaratmağa çalışırlar.

K.Ronaldu xüsusi bərpa kursu keçməlidir. O, yeni mövsümə hazırlaşa bilməyəcək. Amma tərəflər təmkinlərini pozmurlar. Onlar yaxın vaxtlarda yeni müqavilənin detallarını razılaşmalıdırlar.

Gununsesi.info