“Real” evində autsayderə şans vermədi - VİDEO

  • By admin
  • 20 Fevral 2022 02:42

İspaniya çempionatının 25-ci turunda lider “Real” evində növbəti qələbəsini qazanıb.

“Kral klubu” evində La Liqada qalmaq uğrunda mübarizə aparan “Alaves”ə qalib gəlib.

Hesabı 63-cü dəqiqədə Kərim Benzemanın assistində M.Asensio açıb. Fransalı növbəti asistini 80-ci dəqiqədə Vinisius Juniora edib.

K.Benzema 90-cı dəqiqədə penaltidən fərqlənməklə hesabı 3-0 edib.

Beləliklə, xalını 57-ə çatdıran Madrid “Real”ı liderliyini davam etdirib və ən yaxın rəqibi “Sevilya” ilə fərqi 7 xala çatdırıb.

Gununsesi.info