
İspaniyanın “Real” klubu futbolçusu Borxa Mayoralı karyerasına İtaliya A seriyasında davam etdirəcək.
Gununsesi.info-nun məlumatına görə, 23 yaşlı ispaniyalı hücumçu icarə əsasında “Roma”ya keçib.
O, iki mövsüm “canavarlar”ın heyətində oynayacaq. Futbolçunun icarə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Anlaşmaya əsasən icarə müddəti bitdikdən sonra “Roma” futbolçunu 15-20 milyon avroya transfer edə bilər.
Qeyd edək ki, Mayoral ötən mövsüm icarə əsasında “Levante”də oynayıb.
Gununsesi.info