Real həyatın “Rapunzel”i görünüşü ilə hər kəsi təəccübləndirib – FOTOLAR

Britaniyalı Malqojata Kulçik artıq beş ildir ki, saçlarını kəsdirmir.

Gununsesi.org bildirir ki, bu barədə “Daily Mail” xəbər yayıb.

Dostları arasında zarafatla “Rapunzel” (eyniadlı cizgi filminin qəhrəmanı) çağırılan qızın saçlarının uzunluğu 158 sm-dir.

34 yaşlı qadın saçlarının kişiləri təəccübləndirdiyini və onların diqqətini çəkdiyini deyib.

“Bəziləri hətta saçlarıma görə mənə vurulduqlarını deyiblər. Ancaq həsəd aparanlar da az deyil. Bir iş yoldaşım saçlarımın çox uzun olduğunu deyərək, onları kəsdirməyimdə təkid edirdi”, – deyə qadın bildirib.

Gununsesi.org